AZ

Sumqayıtda azyaşlı uşaq tapıldı: Polis valideynlərini axtarır

21:19 15.12.2025
21:19 15.12.2025

Bu gün saat 18 radələrində Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində təxminən 3-4 yaşlarında uşaq tapılıb və ərazi üzrə polis orqanına gətirilib.

Mynews.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, azyaşlını və ya onun valideynlərini tanıyanlardan, eləcə də barəsində məlumatı olanlardan (018) 646-06-94 şəhər və (070) 908-18-19 mobil nömrələrinə, həmçinin Daxili İşlər Nazirliyinin "102" Xidməti-Zəng mərkəzinə müraciət etmələri xahiş olunur.


Seçilən
31
19
mynews.az

10Mənbələr