AZ

Sumqayıtda azyaşlı uşaq tapıldı- Valideynləri axtarılır (FOTO)

Bu gün saat 18:00 radələrində Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində təxminən 3-4 yaşlarında uşaq tapılıb.

AzPost xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, azyaşlı ərazi üzrə polis orqanına gətirilib.

“Azyaşlını və ya onun valideynlərini tanıyanlardan, eləcə də barəsində məlumatı olanlardan (018) 646-06-94 şəhər və (070) 908-18-19 mobil nömrələrinə, həmçinin Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzinə müraciət etmələri xahiş olunur”,- deyə məlumatda qeyd edilib.

Seçilən
41
19
azpost.info

10Mənbələr