Xankəndidə terrorçuluq və digər xüsusilə ağır cinayətlər törətməkdə təqsirləndirilən erməni əsilli sakin Avanesyan Karen Albertoviçin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Aznews.az xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İlkin İbişovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Avanesyan Karen Albertoviç tərcüməçi və vəkillə təmin olunub.
Daha sonra prokuror ittiham aktını elan edib.
İttiham aktının elan olunmasından sonra təqsirləndirilən Karen Avanesyan ifadə verib.
Daha sonra isə cinayət işi üzrə zərərçəkmiş şəxslər və şahidlər ifadə veriblər.