AZ

Növbəti köç karvanı Cəbrayıl rayonunun Horovlu kəndinə çatıb

Dekabrın 15-də doğma yurduna yola salınan köç karvanı Horovlu kəndinə çatıb.


Pravda.az xəbər verir ki, bu mərhələdə Horovlu kəndinə 85 nəfərdən ibarət 22 ailəyə mənzillərin açarları təqdim edilib.


Mərasimdə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Tarix: 15 Dekabr 2025, 17:04   
Seçilən
14
3
pravda.az

10Mənbələr