Dekabrın 5-də doğma yurduna yola salınan köç karvanı Horovlu kəndinə çatıb.
Redaktor.az xəbər verir ki, bu mərhələdə Horovlu kəndinə 66 nəfərdən ibarət 18 ailəyə mənzillərin açarları təqdim edilib. Mərasimdə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
***
Bu gün Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç olub.
Redaktor.az xəbər verir ki, bu gün Horovlu kəndinə 18 ailə - 66 nəfər köçürülüb.
Onlar respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.




