Cebheinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.
Aktyor Müşfiq Şahverdiyev 3 ildir övladını görə bilmədiyini deyib.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə o, "Günə Uğurla" verilişində danışıb.
Aktyor oğlunun Ukraynada yaşadığını bildirib:
"Mənim də evim, maşınım, qarajım var. Ukraynada evim varım idi, indi yoxdur. Övladım, Muradım oradadır. Onu sonuncu dəfə 3 il əvvəl görmüşəm. Orada anası, keçmiş qayınatam və qayınanamla yaşayır. Ukraynaya birbaşa uçuş yoxdur, gedə bilmirəm. Müharibə şəraitidir. Onlar da gəlmirlər. Qismət olar, gələrlər. Övladdır, adı gələndə adam kövrəlir. Uşaq Azərbaycan dilini unudur, kaş belə etməyələr".
Qeyd edək ki, Müşfiq 2017-ci ildə Aynurə adlı xanımla ailə qurub. Cütlüyün boşandığı 2023-cü ildə ortaya çıxıb. Onların bir oğul övladı var.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.