AZ

Müşfiq Şahverdiyev 3 ildir oğlunu görmür

Aktyor Müşfiq Şahverdiyev 3 ildir övladını görə bilmədiyini deyib. 

"Yeni Sabah" xəbər verir ki, bu barədə o, "Günə Uğurla" verilişində danışıb. 

Aktyor oğlunun Ukraynada yaşadığını bildirib:

"Mənim də evim, maşınım, qarajım var. Ukraynada evim varım idi, indi yoxdur. Övladım, Muradım oradadır. Onu sonuncu dəfə 3 il əvvəl görmüşəm. Orada anası, keçmiş qayınatam və qayınanamla yaşayır. Ukraynaya birbaşa uçuş yoxdur, gedə bilmirəm. Müharibə şəraitidir. Onlar da gəlmirlər. Qismət olar, gələrlər. Övladdır, adı gələndə adam kövrəlir. Uşaq Azərbaycan dilini unudur, kaş belə etməyələr".

Qeyd edək ki, Müşfiq 2017-ci ildə Aynurə adlı xanımla ailə qurub. Cütlüyün boşandığı 2023-cü ildə ortaya çıxıb. Onların bir oğul övladı var. 

Aydan Hacı 


Telegram kanalımız
Seçilən
74
3
yenisabah.az

4Mənbələr