"Orta məktəblərdə mənəvi dəyərlərin şagirdlərə aşılanması işinin mütəmadiliyi və səmərəliliyi üçün "Mənəviyyat" fənninin təsis edilməsi və eyniadlı vəsaitin dərsliyin hazırlanmasını təklif edirik".
Far.Az xəbər verir ki, bunu "Dini düşüncə mədəniyyəti: pedaqoji perspektivlər" mövzusunda keçirilən konfransda "Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi: pedaqoji yanaşmalar və müasir təlim modelləri" adlı paneldə çıxışı zamanı Azərbaycan İlahiyyat İnstitutunun müəllimi Elvüsal Məmmədov deyib.
O bildirib ki, bu vəsait nəzəri məlumatlardan ibarət olmamalı, praktik həll yolları təqdim etməli, biblioterapiya təlimini özündə əks etdirməlidir:
"Bu məqsədlə qardaş ölkənin təcrübəsindən istifadə etmək mümkündür.
Türkiyəli psixoloq və psixoterapevt Nevzat Tarhanın (1952) müəllifi olduğu "Məsnəvi" terapiyası" kitabını nümunə götürməyi məqsəd uyğun hesab edirik".