AZ

Orta məktəblər üçün yeni dərslik HAZIRLANACAQ

Redaktor.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Orta məktəblərdə mənəvi dəyərlərin şagirdlərə aşılanması işinin mütəmadiliyi və səmərəliliyi üçün mənəviyyat fənninin təsis edilməsi və eyniadlı dərsliyin hazırlanmasını təklif edirik".

Redaktor.az APA-ya istinadən xəbər verir ki, bunu "Dini düşüncə mədəniyyəti: pedaqoji perspektivlər" mövzusunda keçirilən konfransda "Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi: pedaqoji yanaşmalar və müasir təlim modelləri" adlı paneldə çıxışı zamanı Azərbaycan İlahiyyat İnstitutunun müəllimi Elvüsal Məmmədov deyib.

O bildirib ki, bu vəsait nəzəri məlumatlardan ibarət olmamalı, praktik həll yolları təqdim etməli, biblioterapiya təlimini özündə əks etdirməlidir:

"Bu məqsədlə qardaş ölkənin təcrübəsindən istifadə etmək mümkündür. Türkiyəli psixoloq və psixoterapevt Nevzat Tarhanın (1952) müəllifi olduğu "Məsnəvi terapiyası" kitabını nümunə götürməyi məqsədəuyğun hesab edirik".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
3
redaktor.az

6Mənbələr