AZ

Xankəndidə "Qış nağılı” - YARMARKA

Yazını böyüt
Yazını kiçilt

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Xankəndi şəhərində “Qış nağılı” yarmarkası keçiriləcək. Şəhərin Zəfər meydanında təşkil ediləcək bayram yarmarkası dekabrın 27-dən yanvarın 5-dək davam edəcək. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi, Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı ilə sayca 2-ci dəfə keçiriləcək yarmarkada, bir çox müəssisə və şirkətlər iştirak edəcək, həmçinin fərdi şəxslər tərəfindən də yarmarkaya məhsullar çıxarılacaq.

Hafta.az xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilir ki, dekabrın 29-da isə Xankəndi şəhərində konsert proqramı təşkil ediləcək. Dekabrın 31-də möhtəşəm atəşfəşanlıq olacaq.

Bayramla əlaqədar şəhərdə artıq hazırlıqlar başlayıb. Meydanda şam ağacı qurulub. Küçələr, parklar Yeni il atributları ilə bəzədilib. Bir sözlə, Xankəndi şəhəri, turistləri möhtəşəm bayram görüntüsü ilə qarşılamağa hazırlaşır.

Seçilən
29
13
hafta.az

10Mənbələr