AZ

Xankəndidə Qış nağılı bayram yarmarkası keçiriləcək FOTOLAR

Cebheinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Xankəndi şəhərində “Qış nağılı” yarmarkası keçiriləcək.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Cebheinfo.az"-a verilən məlumata görə, dekabrın 27-də şəhərin Zəfər meydanında "Qış nağılı" olacaq. Bayram yarmarkası yanvarın 5-dək davam edəcək.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi, Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı ilə sayca 2-ci dəfə keçiriləcək yarmarkada, bir çox müəssisə və şirkətlər iştirak edəcək, həmçinin fərdi şəxslər tərəfindən də yarmarkaya məhsullar çıxarılacaq. 

Dekabrın 29-da isə Xankəndi şəhərində konsert proqramı təşkil ediləcək. 31 dekabrda möhtəşəm atəşfəşanlıq olacaq. Bayramla əlaqədar şəhərdə artıq hazırlıqlar başlayıb. Meydanda şam ağacı qurulub. 

Küçələr, parklar Yeni il atributları ilə bəzədilib. Bir sözlə, Xankəndi şəhəri, turistləri möhtəşəm bayram görüntüsü ilə qarşılamağa hazırlaşır. Sizi Xankəndi “qış nağılı” yarmarkasına dəvət edirik. Xankəndi hər addımınızı macəraya çevirəcək.

“Cebheinfo.az”

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
20
13
cebheinfo.az

10Mənbələr