AZ

Erməniyə qalib gələn 19 yaşlı Sübhanın hədəfi nədir?

Yarışa yaxşı hazırlaşdıq. İnanırdım ki, qızıl medal qazanacağam. Bu yarışa dünya çempionu olmaq üçün getmişdim. Şükür, elə də oldu.

Teleqraf xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanan Azərbaycan boksçusu Sübhan Mamedov (48 kq) deyib.

Vətənə dönən 19 yaşlı idmançı turnirlə bağlı təəssüratını bölüşüb:

“Beş döyüş keçirdim. Finalda erməni əsilli rus rəqibimə qalib gələrək dünya çempionu oldum. Noyabrda Avropa çempionatına getdim. Ayın 30-da oradan qayıdaraq 12 saat sonra dərhal dünya çempionatına yollandım. Düzdür, çətin oldu. Amma çempionluğu hədəfləyirdik. Bundan sonrakı hədəfim 2028-ci ildə Olimpiya çempionu olmaqdır. Hazırlıqlar buna uyğun gedəcək”.

Seçilən
24
1
millitv.net

3Mənbələr