ain.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.
Yarışa yaxşı hazırlaşdıq. İnanırdım ki, qızıl medal qazanacağam. Bu yarışa dünya çempionu olmaq üçün getmişdim. Şükür, elə də oldu.
Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanan Azərbaycan boksçusu Sübhan Mamedov (48 kq) deyib.
Bu gün vətənə dönən 19 yaşlı idmançı turnirlə bağlı təəssüratlarını bölüşüb:
“Beş döyüş keçirdim. Finalda erməni əsilli rus rəqibinə qalib gələrək dünya çempionu oldum. Noyabrda Avropa çempionatında getdim. Ayın 30-da oradan qayıdaraq 12 saat sonra dərhal dünya çempionatına yollandım. Düzdür, çətin oldu. Amma çempionluğu hədəfləyirdik. Bundan sonrakı hədəfim 2028-ci ildə olimpiya çempionu olmaqdır. Hazırlıqlar buna uyğun gedəcək”.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.