Bizim media saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Kürdəmirdə canavarlar təsərrüfata hücum edib. 10 baş xırdabuynuzlu heyvan tələf olub.Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Ərşəli kəndində qeydə alınıb.Belə ki, yırtıcılar kənd sakini Qurbanov Nofəl Mirzəağa oğlunun təsərrüfatına hücum çəkib.Nəticədə fermerə məxsus 10 baş xırdabuynuzlu heyvan (qoyun – red.) tələf olub, 5-si isə ağır yaralanıb.
Təsərrüfat sahibinin sözlərinə görə, yırtıcılar onun təsərrüfatına ümumilikdə 8 min manata yaxın maddi ziyan vurublar.
Qeyd edək ki, bir necə gün öncə də yırtıcılar rayonun Çöl-Qubalı və Sığırlı kəndlərində də təsərrüfatlara hücum çəkib və fermerlərə 10 min manata yaxın maddi ziyan vurmuşdular.
Bizim.Media, Aran bürosu
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.