Kürdəmirdə canavarlar təsərrüfata hücum edib, xırdabuynuzlu heyvanlar tələf olub.
Publika.az "Report"a istinadən xəbər verir ki, hadisə Ərşəli kəndində qeydə alınıb.
Belə ki, yırtıcılar kənd sakini Nofəl Mirzəağa oğlu Qurbanovun təsərrüfatına hücum çəkib. Nəticədə fermerə məxsus 10 baş xırdabuynuzlu heyvan tələf olub, 5 baş heyvan isə yaralanıb.
N.Qurbanovun sözlərinə görə, yırtıcılar onun təsərrüfatına ümumilikdə 8 min manata yaxın maddi ziyan vurublar.
Xatırladaq ki, canavarlar bir necə gün öncə də rayonun Çöl Qubalı və Sığırlı kəndlərinin də təsərrüfatlarına hücum edib və fermerlərə 10 min manata yaxın maddi ziyan vurublar.