AZ

Merz: Putin SSRİ-ni bərpa etmək istəyir...

...Almaniya kansleri Fridrix Merts Rusiya Prezidenti Vladimir Putinin Sovet İttifaqını əvvəlki sərhədlərinə qaytarmaqda maraqlı olduğunu bildirib.

SİA xəbər verir ki, o, bu fikirlərini YouTube-da yayımlanan CDU/CSU partiyasının qurultayında bölüşüb.

Kansler hesab edir ki, Rusiya diktatoru "Avropada sərhədlərin köklü şəkildə dəyişdirilməsində" və SSRİ-nin keçmiş sərhədlərinə qaytarılmasında maraqlıdır.

...Bu, vaxtilə bu imperiyanın tərkibində olan ölkələr üçün böyük təhlükə, o cümlədən hərbi təhlükə yaradır,- Merts deyib bunu.

Buna görə də, o bildirib ki, Ukraynaya yardım, Avropa birliyi və Britaniya ilə əməkdaşlıq xarici və təhlükəsizlik siyasətində prioritet olaraq qalmalıdır.

Əli Babayev

Seçilən
90
sia.az

1Mənbələr