...Almaniya kansleri Fridrix Merts Rusiya Prezidenti Vladimir Putinin Sovet İttifaqını əvvəlki sərhədlərinə qaytarmaqda maraqlı olduğunu bildirib.
SİA xəbər verir ki, o, bu fikirlərini YouTube-da yayımlanan CDU/CSU partiyasının qurultayında bölüşüb.Kansler hesab edir ki, Rusiya diktatoru "Avropada sərhədlərin köklü şəkildə dəyişdirilməsində" və SSRİ-nin keçmiş sərhədlərinə qaytarılmasında maraqlıdır.
...Bu, vaxtilə bu imperiyanın tərkibində olan ölkələr üçün böyük təhlükə, o cümlədən hərbi təhlükə yaradır,- Merts deyib bunu.
Buna görə də, o bildirib ki, Ukraynaya yardım, Avropa birliyi və Britaniya ilə əməkdaşlıq xarici və təhlükəsizlik siyasətində prioritet olaraq qalmalıdır.
Əli Babayev