AZ

Sidneydə çimərlikdə törədilən terror aktında ölənlərin sayı artıb

Hanuka bayramı zamanı baş verən atışmada ölənlərin sayı 15-ə çatıb, onlarla yaralı var...

Poliqon xəbər verir ki, Avstraliyanın Sidney şəhərində çimərlikdə baş verən silahlı hücum nəticəsində həlak olanların sayı 15 nəfərə çatıb. ABC telekanalının Yeni Cənubi Uels ştatının səhiyyə naziri Rayan Parka istinadən yaydığı məlumata görə, ölənlər arasında bir uşaq da var.

Nazirin sözlərinə görə, atışma zamanı ümumilikdə 38 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar arasında bir uşaq və iki polis əməkdaşı da var. Bildirilir ki, polis əməkdaşları cərrahi əməliyyat keçirib və onların vəziyyəti ağır olaraq qiymətləndirilir.

Xatırladaq ki, dekabrın 14-də Sidneydə, məşhur Bondi çimərliyində Hanuka bayramının ilk günü iki nəfər silahlı hücum həyata keçirib. Tədbirdə təxminən 2 min nəfərdən ibarət yəhudi icmasının üzvləri iştirak edirdi. Hüquq-mühafizə orqanları baş verənləri terror aktı kimi qiymətləndirib.

Avstraliya mediasının yazdığına görə, hücumun aylarla əvvəl planlaşdırıldığı ehtimal olunur. Hadisə ölkədə və beynəlxalq aləmdə ciddi rezonans doğurub, təhlükəsizlik tədbirləri gücləndirilib, istintaq isə davam etdirilir.

Poliqon.info

Seçilən
74
11
poliqon.info

10Mənbələr