Sidney çimərliyində baş verən atışma nəticəsində ən azı 40 nəfər yaralanıb.
Publika.az xəbər verir ki, bu barədə Yeni Cənubi Uels polisin məlumat verib.
Hüquq-mühafizə orqanları hazırda hadisəni araşdırır. Atışma yerində üç odlu silah aşkar edilərək götürülüb.
Yeni Cənubi Uels Səhiyyə Naziri Rayan Park yaralılar arasında dörd uşağın olduğunu açıqlayıb. O, qurbanların müxtəlif dərəcəli xəsarətlər aldığını qeyd edib .
Nazirin sözlərinə görə, çimərlikdə atışma barədə məlumat yayıldıqdan dərhal sonra 100-dən çox təcili yardım işçisi, ixtisaslaşmış bölmələr və ümumi praktikantlar yaxınlıqdakı xəstəxanalara səfərbər edilib.