AZ

Fabrikdə güclü yanğın...

Türkiyənin Denizli şəhərinin Çardak rayonu ərazisində filtr sistemləri istehsal edən fabrikin anbar hissəsində hələ müəyyənləşdirilməmiş səbəbdən yanğın baş verib.

XəzərNews.az xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.

Bildirilib ki, yanğın qısa müddət içərisində fabrikin böyük hissəsinə yayılıb.

Yanğın zamanı fabrikin boş olub. Hadisə yerinə çox sayda yanğınsöndürən briqadalar göndərilib və onlar alovların yayılmasını dayandıra biliblər.

Yanğın nəticəsində fabrikin böyük hissəsi istifadə olunmaz vəziyyətə düşüb.

Xəbər 1 dəfə oxunub.
Seçilən
52
15
xezernews.az

10Mənbələr