Türkiyənin Denizli şəhərinin Çardak rayonu ərazisində filtr sistemləri istehsal edən fabrikin anbar hissəsində hələ müəyyənləşdirilməmiş səbəbdən yanğın baş verib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.
Bildirilib ki, yanğın qısa müddət içərisində fabrikin böyük hissəsinə yayılıb.
Yanğın zamanı fabrikin boş olub. Hadisə yerinə çox sayda yanğınsöndürən briqadalar göndərilib və onlar alovların yayılmasını dayandıra biliblər.
Yanğın nəticəsində fabrikin böyük hissəsi istifadə olunmaz vəziyyətə düşüb.
Telegram kanalımız