HƏMAS-ın hərbi qanadındakı "iki nömrəli" Raad Səədin dünən Qəzza zolağında öldürülməsindən sonra, təşkilatın yüksək vəzifəli rəhbərliyinin yalnız iki üzvü anklavda qalıb.
"Ölkə.az" "Ynet"ə istinadla xəbər verir ki, HƏMAS-ın Qəzzadakı hərbi qanadının lideri İzz əd-Din əl-Həddad və HƏMAS-ın kəşfiyyat rəhbəri Məhəmməd Odəh hazırda anklavdadır.
55 yaşlı Əl-Həddad əvvəllər Qəzza şəhərində bir briqadaya komandanlıq edib və Sinvara qarşı sui-qəsddən sonra HƏMAS-ın hərbi qanadına komandanlıq etməyə başlayıb. Ötən ilin iyul ayında saçlarını boyayaraq və saqqalının çox hissəsini qırxaraq görünüşünü dəyişib. "HƏMAS-ın ruhu" kimi də tanınan əl-Həddad altı sui-qəsd cəhdindən sağ çıxıb və ibrani dilində danışa bilir.
Məhəmməd Odəh HƏMAS-ın kəşfiyyat qərargahına rəhbərlik edib. Ərəb mediasının məlumatına görə, o, təşkilatın keçmiş komandirinin 2023-cü ildə öldürülməsindən sonra Qəzzadakı Şimal Briqadasının komandiri olub.
Bundan əlavə, İsrail mənbələrinə görə, yuxarıda qeyd olunanlardan əlavə, anklavda bir neçə başqa batalyon komandiri də qalır.
Elvin
Ölkə.az