AZ

PSJ “Mets”ə qalib gələrək liderliyə yüksəlib - VİDEO

“Liqa 1”in 16-cı turunun “Mets” və PSJ arasında keçirilən oyunu başa çatıb.

İdman.Biz bildirir ki, komandalar “Stad Saint-Symphorien”də (Mets) oynayıblar.

Qonaq komanda 3:2 hesablı qələbə qazanıb.

PSJ-nin hücumçusu Qonsalo Ramos oyunun ilk qolunu 31-ci dəqiqədə vurub. 39-cu dəqiqədə Kventin Njantu qonaqların üstünlüyünü ikiqat artırıb. İlk hissənin sonlarında “Mets”in yarımmüdafiəçisi Jessi Demenge fərqi azaldıb. 63-cü dəqiqədə hücumçu Dezire Due “Mets”in qapısına üçüncü qolu vurub. Meydan sahiblərinin gürcü yarımmüdafiəçisi Giorgi Tsitaişvili 81-ci dəqiqədə komandasının ikinci qolunu vurub – 2:2.

Fransa yüksək liqasında oynanılan 16 oyundan sonra PSJ 36 xalla turnir cədvəlinə başçılıq edir. “Mets” 11 xal qazanıb və 18-ci yerdədir.

Növbəti turda “Mets” 4 yanvarda səfərdə “Loryan”la qarşılaşacaq, PSJ isə həmin gün “Paris”i qəbul edəcək.

İdman.Biz

Seçilən
68
38
idman.biz

10Mənbələr