Footbal-plus saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Fransada 14-cü turdan sonra lider dəyişdi. Səfərdə “Anje”ni məğlub edən “Lans” artıq zirvənin yeni sahibidi. "Football-plus.az" xəbər verir ki, “qan-qızılılar” PSJ-ni arxada qoydu. Fəaliyyətdə olan çempion səfərdə “Monako”ya uduzdu. 3-cü pillədə isə “Marsel” qərarlaşıb. Roberto De Zerbinin komandası “Tuluza” ilə ev oyununda qələbəni əldən verməsəydi, zirvəyə şərik olacaqdı.Turun mərkəzi oyununda ötən mövsümün bürünc mükafatçısı ilə Fransa futbolunun hegemonu üz-üzə gəldi. Sebastyan Pokonyoli “Monako”nun “sükanı arxasına” keçəndən bəri 6 oyunun 2-də qalib gələn, 1-də heç-heçə edən və 3-də uduzan “knyazlar” 8-ci pilləyə enmişdi. Bütün oyunöncəsi proqnozlarda PSJ favorit göstərilirdi. Komandalar fasiləyə qolsuz bərabərliklə yollandı. “Monako” 2-ci hissəyə inanılmaz dərəcədə yüksək motivasiya ilə çıxdı. Düzdü, qonaqlar da boş dayanmır, müntəzəm təhlükəli vəziyyətlər yaradırdı. Hesab 68-ci dəqiqədə açıldı. Qolovin sol cinahdan cərimə meydançasına asma etdi və Minamino dəqiq zərbə ilə topu uzaq aşağı küncə göndərdi. Bundan sonra “knyazlar” hesabı qorumaq üçün oynadı. PSJ-nin hesabı bərabərləşdirmək cəhdləri isə nəticə vermədi. “Monako”nun 80-ci dəqiqədə azlıqda qalmasına baxmayaraq. Kapitan Kerer birbaşa qırmızı vərəqə ilə meydandan qovulmuşdu. Yeri gəlmişkən, bu, “Monako”nun son 2,5 ildə PSJ üzərindəki ilk qələbəsidi. “Knyazlar” parisliləri sonuncu dəfə 2023-ün fevralında məğlub etmişdi (3:1).PSJ-dən iki xal geri qalan “Lans” möhkəm ortabablardan “Anje”nin qonağı idi. Hesabı ilk yarının sonunda qonaqlardan Toven açdı. O, 74-cü dəqiqədə daha bir qol vurdu. İki dəqiqə sonra qollardan birinin əvəzini çıxan “Anje”nin bundan artığına gücü çatmadı. Əksinə, “Lans” 3-cü qolu vurmağa daha yaxın idi. Amma Sotokanın zərbəsi tirdən, Tovenin zərbəsi dirəkdən döndü.“Marsel” də PSJ-ni arxada qoymaq şansına malik idi. Ancaq De Zerbinin qeyri-sabit nəticələr göstərən komandası evdə - “Tuluza” ilə oyunda qələbəni uzatma dəqiqələrində əldən verdi. Qonaqlar erkən qolla irəli çıxsa da, Payşao və Höybyerq 2-ci hissədə oyunun axarını dəyişdi. 2-ci uzatma dəqiqəsində “Marsel” şoka düşdü: yenicə meydana çıxan argentinalı İdalqo hesabı bərabərləşdirdi.Səfərdə “Havr”ı çətinliklə məğlub edən “Lill” turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. “Şimallı itlər” Buaddinin 52-ci dəqiqədə birbaşa “qırmızı” ilə qovulması üzündən azlıqda qalsalar da, 88-ci dəqiqədə sonradan meydana çıxan İqaman fərqləndi.Turun son oyununda “Nant”ı qəbul edən “Lion” inamlı qələbə qazandı. Bu oyunda da birbaşa “qırmızı” oldu. Mvanqa 43-cü dəqiqədə “bülbüllər”i azlıqda qoydu. 2-ci hissədə Abner hesabı açdı, ardından uruqvaylı Satriano dubl etdi.Turun qalan oyunlarına gəlincə, “Renn” səfərdə “Mets”ə yeganə qolla qalib gəldi. “Paris” – “Oser” oyunu heç-heçə bitdi, “Strasbur” evdə “Brest”ə, “Nitsa” səfərdə “Loryan”a uduzdu.14-cü turMonako – PSJ 1:0Minamino, 68. (11500)Monako: Qradetski, Kerer, Salisu, Enrike, Kamara, Teze, Vanderson (Dyatta, 65), Akliuş, Qolovin (Fati, 72), Baloqan (Biret, 85), Minamino (Poqba, 86).PSJ: Şevalye, Zair-Emeri, Markinyos, Paço, L.Ernandes, Neveş, Vitinya, Ruis (Ramuş, 83), Li Kan İn (Dembele, 64), Mayulu (Ncantu, 64), Kvaratsxeliya (Mbay, 76). Marsel – Tuluza 2:2Payşao, 66. Höybyerq, 74 – Emersonn, 14. İdalqo, 90+2. (65163)Marsel: Rulyi, Vea, Pavar, Agerd (Balerdi, 76), Emerson (İqan-Rayli, 90), Nadir (Kondoqbia, 76), Höybyerq, Qrinvud, Qomes (Vaj, 46), Payşao (O’Rayli, 90), Obameyanq. Mets – Renn 0:1Ronjye, 22. (20291)Paris – Oser 1:1Kebbal, 32-p. – Dyomande, 40. (15007)Strasbur – Brest 1:2Amo-Ameyo, 11 – Del Kastilyo, 55-p. Manyetti, 82. (30017)Anje – Lans 1:2Cibirin, 76 – Toven, 45; 74. (12979)Havr – Lill 0:1İqaman, 88. (20689)Loryan – Nitsa 3:1Aberjel, 31. Sumano, 45+2; 53 – Avom, 12-öz qapısına. (15648)Lion – Nant 3:0Abner, 51. Satriano, 70; 77. (46449)1. Lans 14 10 1 3 24-12 312. PSJ 14 9 3 2 27-12 303. Marsel 14 9 2 3 35-14 294. Lill 14 8 2 4 28-17 265. Renn 14 6 6 2 24-18 246. Lion 14 7 3 4 21-15 247. Monako 14 7 2 5 26-25 238. Strasbur 14 7 1 6 25-19 229. Tuluza 14 4 5 5 20-19 1710. Nitsa 14 5 2 7 19-26 1711. Brest 14 4 4 6 19-24 1612. Anje 14 4 4 6 12-17 1613. Paris 14 4 3 7 21-26 1514. Havr 14 3 5 6 13-21 1415. Loryan 14 3 5 6 18-28 1416. Nant 14 2 5 7 12-22 1117. Mets 14 3 2 9 14-31 1118. Oser 14 2 3 9 8-20 9Bombardirlər: Qrinvud (Marsel) – 10, Paniçelli (Strasbur) - 9, Lepol (Renn) – 8.Turun rəqəmi4 - "Marsel" bu mövsüm çempionatda buraxdığı 14 qoldan dördünü 90-cı dəqiqədə və ya sonra qapısında görüb. Yalnız "Loryan" son dəqiqələrdə “Marsel”dən daha çox (5) qol buraxıb.Turun ulduzuFlorian Toven (Lans) – təcrübəli yarımmüdafiəçi dubl etməklə komandasını zirvəyə daşıdı. Uzaqdan gözəl zərbə ilə hesabı açdı, 74-cü dəqiqədə isə cərimə meydançasının küncündən vurduğu zərbədən sonra səkən top tora düşdü.Turun sitatı Luis Enrike, PSJ-nin baş məşqçisi:
“Bu qədər qeyri-dəqiqliyin və səhvlərin olduğu oyunda qalib gəlmək olmaz. Bu gün göstərdiyimiz oyunun səviyyəsi qəbuledilməzdi. Oyuna yenidən baxmalıyam ki, səhvləri daha aydın görüm”.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.