AZ

Azercell dən növbəti bahalaşma qərarı Yanvarın 13 dən...

Demokrat.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Azercell” kredit üçün xidmət haqqını artırır.İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq qərar qəbul olunub.Qərar gələn ilin yanvarın 13-dən etibarən qüvvəyə minəcək.Qərara əsasən, 1 manatlıq simkredit üçün 0,30 manat (indiyədək 0,20 manat), 2 manatlıq simkredit üçün 0,60 manat (indiyədək 0,40 manat), 2 manatlıq simtaksit üçün 0,60 manat (indiyədək 0,40 manat), 3 manatlıq simkredit üçün isə 0,90 manat (indiyədək 0,60 manat) xidmət haqqı tətbiq ediləcək.Eyni zamanda "Simkredit", "Simtaksit", "Ekstra kredit" və "İnternet kredit" xidmətləri çərçivəsində göndərilən hər sorğuya 0,12 manat haqq tətbiq ediləcək.İndiyədək isə SimKredit xidmətindən yararlanmaq üçün göndərilən hər bir SMS-in qiyməti 0.08 manat təşkil edib. 

 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
4
demokrat.az

5Mənbələr