ain.az bildirir, Milli.az portalına istinadən.
"Azercell" kredit üçün xidmət haqqını artırır.
Milli.Az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq qərar qəbul olunub.
Qərar gələn ilin yanvarın 13-dən etibarən qüvvəyə minəcək.
Qərara əsasən, 1 manatlıq simkredit üçün 0,30 manat (indiyədək 0,20 manat), 2 manatlıq simkredit üçün 0,60 manat (indiyədək 0,40 manat), 2 manatlıq simtaksit üçün 0,60 manat (indiyədək 0,40 manat), 3 manatlıq simkredit üçün isə 0,90 manat (indiyədək 0,60 manat) xidmət haqqı tətbiq ediləcək.
Eyni zamanda "Simkredit", "Simtaksit", "Ekstra kredit" və "İnternet kredit" xidmətləri çərçivəsində göndərilən hər sorğuya 0,12 manat haqq tətbiq ediləcək.
İndiyədək isə SimKredit xidmətindən yararlanmaq üçün göndərilən hər bir SMS-in qiyməti 0.08 manat təşkil edib.
Milli.Az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.