Abşeron rayonunun Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
Publika.az xəbər verir ki, yanğın “Kristal 2” yaşayış kompleksində qeydə alınıb.
Məlumata görə, əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunublar.