AZ

Ev almaq üçün rieltora 20 min manat verən vətəndaş aldadıldığını iddia edirVİDEO

Cəlilabad sakini rieltor tərəfindən aldadıldığını iddia edir.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Cəlilabad sakini 66 yaşlı Minaxanım Adışova iddia edir ki, qızı ilə birlikdə sentyabrda Maştağada yerləşən evlərini satandan sonra yeni mənzil almaq üçün rieltora ilkin ödəniş olaraq 20 min manat pul ödəyiblər. Elə problem də bundan sonra başlayıb

Şikayətçinin sözlərinə görə, Hünər Əmirov adlı rieltor onları 4 aydır ki, yalan vədlərlə gözlədir. Ailə artıq problemlə bağlı polisə də məlumat verib.

Məsələ ilə bağlı adıçəkilən rieltor Hünər Əmirovla əlaqə saxlamağa çalışdıq.  Nömrələrinə zəng vursaq da, müraciətimiz  cavabsız qaldı.

DİN-in mətbuat xidmətinin əməkdaşı Cəsarət Qənbərli bildirdi ki, vətəndaşın müraciəti qeydə alınıb və zəruri araşdırmalar aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
22
5
xezerxeber.az

6Mənbələr