AZ

Nərgiz Məhəmmədi həbs olundu


2023-cü il Nobel Sülh Mükafatı laureatı Nərgiz Məhəmmədi qatıldığı anım tədbirində İran təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.
Gender.Az Bakupost.az-a istinadən xəbər verir ki, o, ofisində ölü tapılan vəkil Xosrov Alikürdünün xatirəsinə Məşhəddə təşkil edilən mərasimdə bir neçə digər fəalla birlikdə tutulub.
N.Məhəmmədinin Parisdə yaşayan əri Tağı Rəhmaninin X sosial şəbəkəsində yazdığına görə, onunla birlikdə daha bir neçə fəal saxlanılıb.
Onun qardaşı Mehdi Məhəmmədi də həbs xəbərini təsdiqləyib.

Seçilən
22
5
gender.az

6Mənbələr