2023-cü il Nobel Sülh Mükafatı laureatı Nərgiz Məhəmmədi qatıldığı anım tədbirində həbs edilib.
Far.Az "Report"a istinadən xəbər verir ki, bu barədə xarici KİV-də məlumat yayılıb.
2024-cü ilin dekabrında həbsdən müvəqqəti azad olunan N.Məhəmmədi dekabrda ofisində ölü tapılan vəkil Xosrov Alikürdünün xatirəsinə Məşhəddə təşkil edilən mərasimdə bir neçə digər fəalla birlikdə tutulub.
N.Məhəmmədinin Parisdə yaşayan əri Tağı Rəhmaninin "X" sosial şəbəkəsində yazdığına görə, onunla birlikdə daha bir neçə fəal həbs olunub.