Şəmkir şəhərində avtomobil yollarının təmiri işlərinə sərf olunacaq vəsaitin həcmi açıqlanıb.
Avtosfer.az xəbər verir ki, “Gəncə Körpü Tikinti-2” ASC-nin görəcəyi işə 1 531 093 AZN xərclənəcək.
Şəmkir Rayon İcra Hakimiyyəti Başçısının Şəmkir Şəhəri İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi və ASC arasında müqavilə bağlanıb, işlərin icrasına başlanılıb./pravda.az