Şəmkir şəhərində avtomobil yollarının təmiri işlərinə sərf olunacaq vəsaitin həcmi açıqlandı
Şəmkir şəhərində avtomobil yollarının təmiri işlərinə sərf olunacaq vəsaitin həcmi açıqlanıb.
Pravda.az-ın xəbərinə görə, “Gəncə Körpü Tikinti-2” ASC-nin görəcəyi işə 1 531 093 AZN xərclənəcək.
Şəmkir Rayon İcra Hakimiyyəti Başçısının Şəmkir Şəhəri İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi və ASC arasında müqavilə bağlanıb, işlərin icrasına başlanılıb.
Cabir
Tarix: 12 Dekabr 2025, 09:47