ain.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
UEFA reytinqində Azərbaycanın mövqeyi
Dünən başa çatan Avropa kuboklarında növbəti turun oyunlarından sonra UEFA-nın əmsallar reytinqində yenilənmə olub.
QOL.az-ın xəbərinə görə, Azərbaycanın mövqeyində dəyişiklik olmayıb. “Qarabağ”ın Bakıda "Ayaks"a (Niderland) uduzması səbəbindən ölkəmiz xal toplaya bilməyib. Azərbaycan 22.250 əmsalla 26-cı pillədəki yerini qoruyub.
Ukrayna (23.256) 25-ci, Sloveniya (22.218) 27-cidir.
Qeyd edək ki, reytinqə İngiltərə başçılıq edir (101,672 əmsal).
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.