AZ

Azərbaycanın UEFA reytinqində mövqeyi

Dünən başa çatan Avropa kuboklarında növbəti turun oyunlarından sonra UEFA-nın əmsallar reytinqi yenilənib.

"Football-plus.az" xəbər verir ki, Azərbaycanın mövqeyində dəyişiklik olmayıb. “Qarabağ”ın Bakıda "Ayaks"a (Niderland) uduzması səbəbindən ölkəmiz xal toplaya bilməyib. Azərbaycan 22.250 əmsalla 26-cı pillədəki yerini qoruyub.

Ukrayna (23.256) 25-ci, Sloveniya (22.218) 27-cidir.

Qeyd edək ki, reytinqə İngiltərə başçılıq edir (101,672 əmsal).

Seçilən
13
2
football-plus.az

3Mənbələr