“Təhlükəsizlik təmin edilərsə və qanunvericiliyə lazımi düzəlişlər qəbul olunarsa, hərbi vəziyyət dövründə seçkilərin keçirilməsini dəstəkləməyə hazırıq”.
Paralel.az xəbər verir ki bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, Ukrayna seçkilərin olmaması ilə bağlı zəif mövqe nümayiş etdirməməli, manipulyasiya üçün əsas yaratmamalıdır:
"Buna görə də mən şübhəsiz ki, seçkilərin tərəfdarıyam. Ən əsası seçkilərin legitim keçirilməsidir".
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta