AZ

“Təhlükəsizlik təmin olunarsa, hərbi vəziyyətdə seçkiləri dəstəkləməyə hazıram” - Zelenski

“Təhlükəsizlik təmin edilərsə və qanunvericiliyə lazımi düzəlişlər qəbul olunarsa, hərbi vəziyyət dövründə seçkilərin keçirilməsini dəstəkləməyə hazırıq”.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, Ukrayna seçkilərin olmaması ilə bağlı zəif mövqe nümayiş etdirməməli, manipulyasiya üçün əsas yaratmamalıdır:

"Buna görə də mən şübhəsiz ki, seçkilərin tərəfdarıyam. Ən əsası seçkilərin legitim keçirilməsidir".

Bizim.Media

Seçilən
40
3
bizim.media

4Mənbələr