AZ

Tramp: CNN satılmalıdır

Tramp: CNN satılmalıdır

ABŞ Prezidenti Donald Tramp Warner Bros. Discovery şirkətinin satış prosesi ilə bağlı danışarkən, bu quruma daxil olan CNN kanalının satılmalı olduğunu düşündüyünü bildirib.

Ağ Evdə iş adamları ilə görüşdən sonra jurnalistlərin suallarını cavablandıran Tramp gündəmdəki məsələlərlə bağlı açıqlamalar verib.

Warner Bros. Discovery-nin satışı barədə suala cavabında Tramp, CNN-in satılmalı olduğunu düşündüyünü deyib.

Satış prosesinin son mərhələsinə müdaxilə edə biləcəyini, lakin hazırda prosesə heç bir şəkildə qarışmadığını vurğulayan Tramp “Fikrimcə, CNN satılmalıdır. Çünki hazırda CNN-i idarə edənlər ya korrupsiyalaşıb, ya da qeyri-peşəkardır" deyib.

CNN-in onun əleyhinə yalan xəbərlər yayımladığını iddia edən Tramp “Bu utancvericidir. Buna görə də eyni şirkətin CNN-i almasını istəməzdim. Hazırda çox pulları yoxdur, amma təkliflərə baxanda şirkətin müəyyən dəyəri var, deyəsən” deyə əlavə edib.

Tramp Warner Bros. Discovery-nin Netflix-əmi, yoxsa Paramount-a satılacağının gedişatını izlədiyini və vəziyyətə uyğun olaraq prosesə müdaxilə edib-etməməyə qərar verəcəyini bildirib.

ABŞ mediasında yer alan xəbərlərə görə, Paramount-un baş direktoru (CEO) Devid Ellisonun sonuncu Ağ Ev səfərində Prezident Trampa Netflix əvəzinə Warner Bros. Discovery-ni satın almağa icazə verildiyi təqdirdə şirkət tərkibindəki CNN-i tamamilə yeniləyəcəyi sözünü verdiyi iddia olunub.

Seçilən
0
1
afn.az

3Mənbələr