AZ

Trampdan “CNN” kanalı ilə bağlı TƏKLİF

Cebheinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Tramp, “Warner Bros. Discovery” şirkətinin satış prosesi çərçivəsində bu qurumun tərkibində olan “CNN” kanalının satılmalı olduğunu düşündüyünü bildirib. 

"Cebheinfo.az" xəbər verir ki, Ağ Evdə iş adamları ilə görüşdən sonra jurnalistlərin suallarını cavablandıran Tramp, “Warner Bros. Discovery”-nin satışına dair verilən sualı cavablandırarkən “CNN”-in satılmasının vacib olduğunu qeyd edib.

Tramp deyib: “Məncə “CNN” satılmalıdır, çünki hazırda bu kanalı idarə edənlər ya korrupsiyalaşıb, ya da qeyri-peşəkardır”.

“CNN”-in onun əleyhinə “yalan xəbərlər” yaydığını iddia edən Tramp əlavə edib:

“Bu, utancvericidir. Ona görə də eyni şirkətin “CNN”-i almasını istəmirəm. Hazırda çox pulları yoxdur, amma təkliflərə baxanda şirkətin müəyyən dəyəri var kimi görünür”.

Tramp “Warner Bros. Discovery”-nin “Netflix”-mi, yoxsa “Paramount”-a satılacağı prosesini izlədiyini və vəziyyətə görə bu prosesə müdaxilə edib-etməyəcəyinə qərar verəcəyini bildirib.

ABŞ mediasında yayılan xəbərlərə görə, “Paramount”-un baş direktoru (CEO) Devid Ellisonun Ağ Evə son səfəri zamanı Prezident Trampa, əgər “Netflix” əvəzinə “Warner Bros. Discovery”-ni almağa icazə verilsə, bu şirkətin tərkibindəki “CNN” kanalını tamamilə yeniləyəcəyinə söz verdiyi iddia olunub.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
22
1
cebheinfo.az

3Mənbələr