
“Rusiya 1991-ci ildə fərqli bir Ukraynanın müstəqilliyini tanıdı”.
Missiya.Az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Ukrayna yenidən bloklara qoşulmayan, neytral və nüvə silahı olmayan dövlətə çevrilməlidir”, - deyə siyasətçi vurğulayıb.
Lavrov məhz bu prinsiplərin 1990-cı il iyulun 16-da Ukraynanın Dövlət Suverenliyi haqqında Bəyannamədə təsbit edildiyini xatırladıb.
O, Ukraynanın müstəqilliyinin Rusiya tərəfindən məhz bu prinsiplər əsasında tanındığını qeyd edib.
Daşqın HəsənovMissiya.Az