RU

“Ukrayna bloklara qoşulmayan və nüvə silahı olmayan dövlətə çevrilməlidir” - Lavrov

“Rusiya 1991-ci ildə fərqli bir Ukraynanın müstəqilliyini tanıdı”.

Missiya.Az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Ukrayna yenidən bloklara qoşulmayan, neytral və nüvə silahı olmayan dövlətə çevrilməlidir”, - deyə siyasətçi vurğulayıb.

Lavrov məhz bu prinsiplərin 1990-cı il iyulun 16-da Ukraynanın Dövlət Suverenliyi haqqında Bəyannamədə təsbit edildiyini xatırladıb.

O, Ukraynanın müstəqilliyinin Rusiya tərəfindən məhz bu prinsiplər əsasında tanındığını qeyd edib.

Daşqın HəsənovMissiya.Az

Избранный
13
missiya.az

1Источники