AZ

DSX-nin rəisi Bəhreynin daxili işlər naziri ilə görüşüb

Bakı, 11 dekabr, AZƏRTAC

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev “Mara’ee 2025” tədbiri ərəfəsində Bəhreyn Krallığının daxili işlər naziri Rəşid bin Abdullah Əl-Xəlifə ilə görüş keçirib.

Bu barədə AZƏRTAC-a xidmətin mətbuat mərkəzindən məlumat verilib.

Bildirilib ki, görüşdə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi, birgə əməkdaşlığın perspektivləri, qarşılıqlı maraq kəsb edən fəaliyyətlər üzrə məlumat və təcrübə mübadiləsinin həyata keçirilməsi ilə bağlı müzakirələr aparılıb.

Seçilən
13
12
azertag.az

10Mənbələr