
Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev "Mara"ee 2025" tədbiri ərəfəsində Bəhreynin daxili işlər naziri Rəşid bin Abdullah Əl-Xəlifə ilə görüşüb.
Bu barədə Missiya.Az-a qurumdan məlumat verilib.
Bildirilib ki, görüşdə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi, birgə əməkdaşlığın perspektivləri, qarşılıqlı maraq kəsb edən fəaliyyətlər üzrə məlumat və təcrübə mübadiləsinin həyata keçirilməsi ilə bağlı müzakirələr aparılıb.