AZ

ADAU-da Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirilib - FOTOLAR

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) müasir, müstəqil Azərbaycanın memarı, Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirilib.

"Unikal"
xəbər verir ki, əvvəlcə Universitet rəhbərliyi, professor-müəllim heyəti və tələbələr Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanında yerləşən abidəsini ziyarət edərək, önünə tər güllər düzüb, Dahi Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Tədbir Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Sonra Dövlət Himni səsləndirilib.

ADAU-nun rektoru Zəfər Qurbanov çıxışında Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətinin qurulması və sabitliyinin təmin edilməsində oynadığı tarixi roldan danışıb. Rektor bildirib ki, Heydər Əliyev şəxsiyyəti Azərbaycanın milli yaddaşında təkcə siyasi lider kimi deyil, həm də müdriklik, qətiyyət və dövlətçilik nümunəsi kimi əbədi yaşayır. Onun həyata keçirdiyi düşünülmüş siyasət nəticəsində ölkəmiz çətin sınaqlardan uğurla çıxaraq möhkəm dövlətçilik ənənələrinə sahib olub. Bu gün Azərbaycanın əldə etdiyi mühüm uğurlar Ulu Öndərin müəyyən etdiyi inkişaf strategiyasının məntiqi davamıdır.

Zəfər Qurbanov əlavə edib ki, ADAU-da Heydər Əliyev irsinin dərindən öyrənilməsi və gənclərə dövlətçilik ideyalarının aşılanması universitetin prioritet istiqamətlərindən biridir.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar hazırlanan videoçarxda nümayiş olunub.

Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov çıxışında Ümummilli Liderin milli birlik, siyasi sabitlik və inkişaf modelinin bu gün də Azərbaycanın dövlət siyasətinin əsasını təşkil etdiyini vurğulayıb. O, Heydər Əliyev ideyalarının gənc nəslin dünyagörüşündə mühüm rol oynadığını qeyd edib.

Energetika və elektrik mühəndisliyi kafedrasının dosenti Siyasət Məmmədov çıxışında Ulu Öndərin sənaye və energetika sahəsində formalaşdırdığı siyasətin Azərbaycanın enerji təhlükəsizliyinin təməlini qoyduğunu deyib.

İctimai fənlər kafedrasının müdiri Elgün Aslanov Heydər Əliyevin dövlətçilik ideyalarının siyasi elmlərdə xüsusi yer tutduğunu və Azərbaycanın daxili və xarici siyasət kursunun həmin ideyalar əsasında inkişaf etdiyini diqqətə çatdırıb.

Daha sonra ADAU-nun tələbəsi Eltun Məmmədov çıxış edərək Heydər Əliyevin gənclərə göstərdiyi yüksək etimadı və bu etimadın yaradıcı, inkişaf yönümlü gənclik formalaşdırılmasında mühüm rol oynadığını vurğulayıb. Ruslan Novruzəliyev isə Ümummilli Liderin xatirəsinə həsr olunan şeir səsləndirib.

Seçilən
39
50
unikal.az

10Mənbələr