"Mən görürəm ki, “Qarabağ məsələsi həll olunmayıb” adlı müşavirə keçiriblər. Ermənistanda hansısa müzakirə gedir, azərbaycanlılar bunu görür və nəticə çıxarırlar".
"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Almaniyada jurnalistlərlə söhbətində deyib.
"Qarabağ məsələsinin həll olunmadığını açıqlayanlar deyirlər ki, yeni müharibə lazımdır. Biz Qarabağ uğrunda hər yola getmişik. Amma o yolda gözümüz açılıb. Anlamadığımız çox şeyi başa düşdük. Qarabağ məsələsi, Ermənistan və Azərbaycan məsələsi, eləcə də region məsələsi həll olunub".
Ağarza Elçinoğlu