AZ

2026 Dünya Çempionatında bütün matçlara su fasiləsi gəlir

2026-cı il Dünya Çempionatında havanın temperaturundan asılı olmayaraq bütün matçlarda iki dəfə su fasiləsi tətbiq olunacaq.

Fanat.Az xəbər verir ki, “The Athletic”in yaydığı məlumata görə, hər hissənin tam ortasında – yəni 23-24-cü dəqiqələr ətrafında minimum 3 dəqiqəlik su fasiləsi olacaq.

FIFA bunun oyunçuların sağlamlığı və performansının qorunması üçün vacib olduğunu qeyd edib. Qərar mundialdakı bütün stadionlarda məcburi şəkildə tətbiq olunacaq.

Kamil Xudiyev

Seçilən
30
fanat.az

1Mənbələr