2026-cı il Dünya Çempionatında havanın temperaturundan asılı olmayaraq bütün matçlarda iki dəfə su fasiləsi tətbiq olunacaq.
Fanat.Az xəbər verir ki, “The Athletic”in yaydığı məlumata görə, hər hissənin tam ortasında – yəni 23-24-cü dəqiqələr ətrafında minimum 3 dəqiqəlik su fasiləsi olacaq.
FIFA bunun oyunçuların sağlamlığı və performansının qorunması üçün vacib olduğunu qeyd edib. Qərar mundialdakı bütün stadionlarda məcburi şəkildə tətbiq olunacaq.
Kamil Xudiyev