Bakı. Trend:
8-ci Mara'ee 2025 sərgisi Bəhreyn Beynəlxalq Dözümlülük Kəndindəbaş tutub.
Sərgi Bəhreyn Krallığının Kralı Əlahəzrət Həməd bin İsa ƏlXəlifənin himayəsi altında 8-13 dekabr 2025-ci il tarixlərindəSaxir şəhərində keçirilir.
Bu tədbir regionun ən böyük xüsusi sərgisidir və Krallığındavamlı kənd təsərrüfatı və qida təhlükəsizliyinə sadiqliyiniinkişaf etdirmək üçün vacib platforma rolunu oynayır.
Bu illik sərgidə kənd təsərrüfatı və heyvan sərgiləri, incəsənətsərgisi, irs kəndi, fermerlər bazarı, heyvandarlıq bazarı və əlavəfəaliyyətlər daxil olmaqla geniş yerli və beynəlxalq iştirak təqdimolunur. Tədbirin iştirakçıları sırasına Körfəz Əməkdaşlıq Şurası vəərəb ölkələri ilə yanaşı digər dəvət olunmuş xarici ölkələr, ocümlədən Azərbaycan daxildir. Həmçinin proqrama beynəlxalq atsərgisi də daxil olub, Azərbaycanın Qarabağ atları da tədbirdəgeniş proqramla iştirak edib.
“Mara'ee 2025” sərgisinin rəhbərliyinin rəsmi dəvəti ilə bumərasimdə iştirak edən “Azərxalça” ASC yaradıcı heyyəti Azərbaycanmədəni irsinin zənginliyini və xalqımızın qədim ənənələrini bütündünyaya nümayiş etdirib. Sərgidə Cəmiyyətin müxtəlif xalçakolleksiyalarından nümunələrlə yanaşı, əsl əl işi milli xalçalarınnümayişi baş tutub.
Sərgi çərçivəsində iştirakçılar Azərbaycanın adət-ənənələri vəmədəniyyəti ilə tanış olmaq imkanı əldə ediblər. Eyni zamandaiştirakçılar Azərbaycan xalçaları barədə ətraflı məlumat alma,onlarla xatirə şəkli çəkdirmək və azərbaycanlı toxucu xanımla əsləl işi Qarabağ xalçasının toxunmasında iştirak etmək imkanı əldəediblər.