AZ

Sabah Çempionlar Liqasında ilk qələbəsini qazandı

ain.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Sabah" basketbol komandası Çempionlar Liqasında növbəti oyununa çıxıb.

"Unikal" xəbər verir ki, Bakıda Çexiyanın "Nimburk" klubu ilə üz-üzə gələn Rimas Kurtinaytisin baş məşqçisi olduğu kollektiv 105:87 hesabı ilə qalib gəlib.

Bu, "bayquşlar"ın cari mövsüm Çempionlar Liqasındakı ilk qələbəsi olub.

Qeyd edək ki, "Sabah" B qrupunda 6 xalla sonuncu - dördüncü pillədə qərarlaşıb. Çexiya təmsilçisi 6 xalla üçüncüdür. Fransanın "Elan Şalon" kollektivi 8 xalla liderdir. Almaniyanın "Alba" (Berlin) komandası isə 7 xalla ikinci sıradadır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
50
6
unikal.az

10Mənbələr