Azərbaycan qarşılaşdığı çətinlikləri uğurla aradan qaldırır və hazırda qlobal dəyişikliklərə uyğunlaşmağa hazır olmalıdır. Bu dəyişikliklərə enerji sahəsində baş verən proseslər, texnoloji inkişaf və siyasi dinamika daxildir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvü, Serbiyanın sabiq Prezidenti Boris Tadiç söyləyib.
Həm Azərbaycanın, həm də Serbiyanın strateji bölgələrdə yerləşdiyini vurğulayan sabiq Prezident əlavə edib: Azərbaycan Cənubi Qafqazda, Serbiya isə Balkanlarda yerləşdiyinə görə, böyük güclərin zaman-zaman bizim daxili işlərimizə müdaxilə etmək niyyətləri yeni deyil. Məhz buna görə həmişə olduğu kimi, bundan sonra da Azərbaycan və Serbiya bir-birini dəstəkləyəcək”.