AZ

Boris Tadiç: Azərbaycan qarşılaşdığı çətinlikləri uğurla aradan qaldırır

Bakı, 9 dekabr, Elmir Səftərov, AZƏRTAC

Azərbaycan qarşılaşdığı çətinlikləri uğurla aradan qaldırır və hazırda qlobal dəyişikliklərə uyğunlaşmağa hazır olmalıdır. Bu dəyişikliklərə enerji sahəsində baş verən proseslər, texnoloji inkişaf və siyasi dinamika daxildir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvü, Serbiyanın sabiq prezidenti Boris Tadiç söyləyib.

Həm Azərbaycanın, həm də Serbiyanın strateji bölgələrdə yerləşdiyini vurğulayan sabiq Prezident əlavə edib: Azərbaycan Cənubi Qafqazda, Serbiya isə Balkanlarda yerləşdiyinə görə, böyük güclərin zaman-zaman bizim daxili işlərimizə müdaxilə etmək niyyətləri yeni deyil. Məhz buna görə həmişə olduğu kimi, bundan sonra da Azərbaycan və Serbiya bir-birini dəstəkləyəcək”.

Seçilən
28
1
azertag.az

2Mənbələr